“İşıqlı sabaha doğru” adlı tədbir keçirilib FOTOLAR

“İşıqlı sabaha doğru” adlı tədbir keçirilib FOTOLAR

2 Fevral "Gənclər günü" münasibətilə Zaqatalada Rayon Mədəniyyət və Turizm şöbəsi, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidə kompleksini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində keçirilən "İşıqlı sabaha doğru" adlı konfrans Dövlət Himninin səslənməsi ilə başlanıb, daha sonra Azərbaycan gənclərinə həsr olunmuş film nümayiş etdirilib. Konfransda Gənclər və İdman idarəsinin rəisi hesabat çıxışı ilə, Heydər Əliyev Mərkəzinin direktoru "Heydər Əliyev və Azərbaycan gəncliyi", Zaqatala rayon yeni Azərbaycan Partiyası gənclər təşkilatının sədri "Gənclərdə vətənpərvərlik ruhunun yüksəlişi", Zərifə Əliyeva adına liseyin müəllimi "Müasir Azərbaycanın inkişafında gənclərin rolu" mövzularında məruzə ilə çıxış ediblər.

Tədbirdə yeni Azərbaycan Partiyasının sıralarına yeni qoşulan bir qrup gəncə vəsiqələri təqdim olunub. 2015-ci ildə rayonun ictimai-siyasi həyatında fərqlənən gənclər, o cümlədən, Suvagil kənd diyarşünaslıq klubunun mədəni təşkilatçısı, "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu"nun üzvü Vüqar İsgəndərov diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, tədbir rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib. "Talant" instrumental ansamblının müşayiəti ilə müxtəlif mahnı və rəqs nömrələri nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə