Sənətçilərimiz Moskvada festivalda iştirak ediblər

Sənətçilərimiz Moskvada festivalda iştirak ediblər

Moskva şəhərindəki Vsevolod Meyerxold adına Mərkəzdə "Teatrın təməlində musiqi" festivalı keçirilib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, festival çərçivəsində "Məhəbbət hekayəsi" adlı konsert-tamaşa nümayiş olunub.

Konsert-tamaşada səhnəyə Rusiyanın görkəmli musiqiçiləri ilə yanaşı, tanınmış Azərbaycan sənətçiləri də çıxıblar. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə respublikanın əməkdar artistləri - vokalçı Fəridə Məmmədova və pianoçu Gülşən Ənnağıyeva konsert-tamaşada çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə