Bu gün Yusif Şeyxovun doğum günüdür FOTOLAR

Bu gün Yusif Şeyxovun doğum günüdür FOTOLAR

Bu gün görkəmli ssenarist, Azərbaycanın əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxovun doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, ssenarist 1951-ci il fevralın 2-də Bakıda anadan olub. Burada 23 saylı orta məktəbi bitirib. İki il (1969-1970) Neft-Kimya İnstitutunda, 1970-1975-ci illərdə İncəsənət İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb. Sonradan "Azərbaycanfilm" kinostudiyasında, 1979-1985-ci illərdə Dövlət Kinematoqrafiya Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1985-1989-cu illərdə "Azərkinoprokat" idarəsinin müdiri işləyib. 1990-2001-ci illərdə "Azərkinovideo" birliyində baş direktor müavini vəzifəsində çalışıb.

Yusif Şeyxovda kinoya bağlılıq uşaqlıq yaşlarından – "Sehrli xalat" filmində baş rollardan birinə çəkildikdən sonra yaranıb. Bir neçə sənədli ("Qobustan", "Portret. Tokay Məmmədov", "Dua" və s.), cizgi ("Qızıl", "İt sərgisi") fiminin, eləcə də "Arxada qalmış gələcək" bədii filmin ssenari müəllifidir. "Mozalan" kinojurnalı üçün süjetlər yazıb: "Tövbə", "Halal" və s.

Qeyd edək ki, Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə, Yusif Şeyxov 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə