Fotoqraflar Birliyi nəticələri açıqladı

Fotoqraflar Birliyi nəticələri açıqladı

Azərbaycan Fotoqraflar Birliyinin (AFB) yanvar ayı üçün elan etdiyi "Unutmadıq, unutmarıq" müsabiqəsinin yekununa həsr olunmuş "Açıq qapı" günü keçirilib. SİA-ya AFB-dən verilən xəbərə görə, müsabiqəyə ay ərzində 25 iştirakçı fotoları ilə müraciət edib. Müsabiqə şərtlərinə uyğun olan 21 iştirakçının 88 fotosu qəbul edilib. Münsiflər heyətinin qərarına əsasən ayın ən yaxşı fotolarının müəllifləri Coşqun Kərimli, Elxan Qəniyev və Müşfiq Mirzəzadə olublar. Həvəsləndirici mükafata Süleyman Süleymanlı layiq görülüb.

Qeyd edək ki, "Açıq qapı" gününün sonunda "İlin fotoqrafı - 2015" tədbirinin təşkilati işlərində göstərdikləri köməyə görə təşəkkürnamələr təqdim edilib. Tədbirdə fevral ayı üçün "Obyektivimizdən dostlarımız: heyvanlar aləmi" adlanan yeni mövzu elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə