Gənclər günü münasibətilə “Ağ ölüm” tamaşası göstəriləcək FOTOLAR

Gənclər günü münasibətilə “Ağ ölüm” tamaşası göstəriləcək FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V.Siqarevin "Ağ ölüm" tamaşası göstəriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səhnə əsəri 2 fevral Gənclər günü münasibətilə Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin müəllim və tələbə kollektivinə nümayiş etdiriləcək.

Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, V. Siqarevin "Şeytan ailəsi" adlı əsəri əsasında səhnələşdirilmiş tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Qeyd edək ki, gəncləri və yeniyetmələri bu cür qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları əməkdar artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandıracaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə