“Birpərdəli uşaq pyesləri”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Bakı Uşaq Teatrının ədəbi hissə müdiri Arzu Soltanın "Birpərdəli uşaq pyesləri" kitabının təqdimatı keçiriləcək. Teatrdan SİA-ya bildirilib ki, Arzu Soltanın "Körpəm" Eksperimental Uşaq Teatrında və Bakı Uşaq Teatrında 1990-cı ildən indiyə kimi 20-yə yaxın pyesi səhnələşdirilib.

Qeyd edək ki, təqdimat fevral ayının 3-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə