"Eurovision-2016" mahnı müsabiqəsində Azərbaycandan olan namizədlərin seçimləri başlayıb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycanın ITV teleşirkəti yanvarın 29-dan bu il müsabiqədə iştirak etmək istəyənlərin ərizələrini qəbul etməyə başlayıb. Ərizələr fevralın 10-na qədər təqdim oluna bilər. Qeyd olunur ki, namizədlər Azərbaycan respublikasının vətəndaşları olmalıdır.
"Eurovision-2016" müsabiqəsində Azərbaycanın nümayəndəsinin adı martın 14-də elan olunacaq.
Xatırladaq ki, bu il müsabiqə Stokholm şəhərində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB