MTN-in yaranmasının 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib FOTOLAR

MTN-in yaranmasının 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib FOTOLAR

Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 10 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə hökumət rəsmləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, media mənsubları iştirak ediblər.

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkənin mədəniyyət və turizm sahələrində çalışanlar adından Azərbaycan mədəniyyətinin inkişafına töhfələr verən, hər zaman nazirliyin işini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevə minnətdarlığını bildirib: "Prezident İlham Əliyevin 2006-cı il 30 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yaradılıb. Nazirlik fəaliyyətə başladığı vaxtdan etibarən respublikamızda mədəniyyətin və turizmin inkişafı istiqamətində mühüm xidmətlər göstərməkdədir. Fəaliyyət göstərdiyi müddətdə nazirlik tərəfindən beynəlxalq və ölkə əhəmiyyətli yüzlərlə tədbir keçirilib. Son 10 ildə bu istiqamətdə 500 fərman və sərəncam imzalanıb, bir sıra Dövlət proqramı qəbul edilib".

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-UNESKO münasibətlərinin inkişafında və möhkəmlənməsində müstəsna xidmətləri olduğunu diqqətə çatdıran nazir Azərbaycanın birinci xanımının ölkəmizin mədəni irsinin təbliği, onun milli və regional səviyyələrdə mühafizəsinin təmin olunması sahəsində gördüyü əvəzsiz işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, sonda tədbirdə nazirliyin 10 illik fəaliyyətini əks etdirən kataloq və son illərdə UNESCO-nun Qeyri-maddi mədəni irsin reprezentativ və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahılarına daxil edilmiş tar ifaçılığı və kəlağayı simvolizminə həsr edilmiş sosial videoçarx nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə