“Silindr” Akademik Milli Dram Teatrının səhnəsində

“Silindr” Akademik Milli Dram Teatrının səhnəsində

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Eduardi de Filipponun pyesi əsasında hazırlanan ikihissəli "Silindr" tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, komediyanın quruluşçu rejissoru teatrın aktyoru, xalq artisti Ramiz Novruz, quruluşçu rəssamı Anar Əliyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur.

Qeyd edək ki, tamaşada rolları xalq artisti Ramiz Novruz, əməkdar artistlər Münəvvər Əliyeva, Kazım Abdullayev və Məzahir Cəlilov ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə