Ölkəmiz “EMİTT 2016” beynəlxalq turizm sərgisində təmsil olunur
Yanvarın 31-nə kimi Türkiyənin İstanbul şəhərində keçirilən "EMİTT 2016" beynəlxalq turizm sərgisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi təmsil olunur. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, bu məqsədlə, Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərliyi ilə Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov və Turizm sənayesi ilə iş sektorunun baş məsləhətçisi Cəmil Kəlbəliyevin iştirakı ilə nümayəndə heyəti səfərdədir. Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 77 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis dilində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Həmçinin, sərgi çərçivəsində Türkiyə Səyahət Agentlikləri Birliyinin və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyənin turizm sənayesinin nümayəndələrinin iştirakı ilə işgüzar görüş (B2B) və ölkəmizin turizm potensialının təqdimatı keçirilib.
Qeyd edək ki, 2003-cü ildən başlayaraq, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on dördüncü dəfədir ki, "EMİTT" beynəlxalq turizm sərgisində iştirak edir. Həmçinin, bu il adıçəkilən tədbirdə ölkəmiz ilə yanaşı, 71 ölkədən 4500-ə yaxın şirkət təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB