Azərbaycan Virtual Animasiyası Muzeyi yaradılır

Azərbaycan Virtual Animasiyası Muzeyi yaradılır

Azərbaycan İncəsənət Konsulluğu ("Arts Council Azerbaijan") "Nazim Məmmədov adına Azərbaycan Virtual Animasiyası Muzeyi" adlı yeni layihəyə başlayır. SİA-nın verdiyi xəbərə görə, layihə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. Layihə insanlarda nostalji hisslər oyadacaq. İnsanlar, eyni zamanda, "Cırtdanın yeni sərgüzəşti", "Pıspısa xanım və Siçan bəy", "Şah və xidmətçi", "Meşəyə insan gəlir", "Şahzadə-qara qızıl", "Göyçək Fatma" kimi sevimli cizgi filmlərini izləyə biləcəklər. Virtual muzey keçmiş cizgi filmlərinin ab-havasını hiss etməyə, Azərbaycan rejissorları barədə məlumat almağa, tarixi fotoları görməyə imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə