Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində xalq aşairi Vaqif Səmədoğlunun "Generalın son əmri" əsəri əsasında səhnələşdirilən eyniadlı iki hissəli tragikomik tamaşa nümayiş olunub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tamaşa xalq artisti Ramiz Həsənoğlunun quruluşunda təqdim edilib. Səhnə əsərinin quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, bəstəkarı isə Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada general obrazını xalq artisti Cəfər Namiq Kamal canlandırıb. Tamaşada digər rolları Əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Pərviz Məmmədrzayev və başqaları ifa edib.
Polifonik zənginliyi ilə seçilən səhnə əsəri güclü sarkazmla yanaşı, həm absurd, həm də sürrealist teatrın ünsürlərini daşıyan, sırf realist personajlarla xəyali iştirakçıların ünsiyyətini əks etdirən, diriykən ölənləri və ölüykən diriləri səhnəyə gətirən unikal əsərdir.
Qeyd edək ki, tamaşanın premyerası 2014-cü il sentyabrın 19-da baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB