Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçirilib FOTOLAR

Mikayıl Müşfiqin yaradıcılıq gecəsi keçirilib FOTOLAR

22 yanvar 2016-cı il tarixində "Cahan İdman klubu" İctimai Birliyininin konfrans zalında həmin Birliyin təşkilatçılığı və "Olimpiya dünyası" qəzetinin informasiya dəstəyi ilə Azərbaycanın ölməz şairi Mikayıl Müşfiqə həsr olunmuş yaradıcılıq gecəsi keçirilmişdir. SİA-nın məlumatına görə, gecəni tanınmış ədəbiyyətşünas, astroloq, filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy aparmışdır.

Tədbirdə "Cahan İdman klubu" İctimai Birliyininin sədri Elçin Eyvazov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazilriyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdarmalar şöbəsinin müdiri Sənan Talıbov, baş metodisti İrina Özçoban, "Zirvə" ziyalılar təşkilatının prezidenti, məhşur rəssam məhşur rəssam Minayə Feyzullayeva, Fizuli Babayev, şair Etibar Dağlı və bir çox musiqi, incəsənət, idman xadimləri çıxış etminşlər.

Onlar öz çıxışlarında keçmiş sovet rejiminin törətdiyi represiyalar və represiyaya məruz qalmış görkəmli şair Mikayıl Müşfiqin xatirəsini yad edib yaradıcılığını qəlblərdə yaşatmasından, gənclərdə onun poeziyasına məhəbbət və vətənpərvərlik ruhunun yaradılmasından, dövlətimiz tərəfindən Müşfiqin yaradıcılığına yüksək qiymət verilməsindən, idman və yaradıcılıq sintezinin faydasından söz açmışlar. Gecədə Mikayıl Müşfiqin bir nəçə əsərləri dinlənilib.

Sonda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Təbliğat və statistik araşdarmalar şöbəsinin müdiri Sənan Talıbov idman və mədəniyyəti birləşdirən gecəni təşkil etdiyinə görə "Cahan İdman klubu" İctimai Birliyininin sədri Elçin Eyvazova Mərkəzin rəhbərliyi adından dərin təşəkkürünü bildirərək yadigar hədiyyəsi təqdim etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə