Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və "Bakı şəhər halqası" Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov arasında görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, şirkətin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai və Bilet satışı şöbəsinin rəhbəri Bülənt Özərdim də iştirak edib.
Görüş zamanı 2016-cı ilin iyun ayında Bakıda keçiriləcək "Formula 1" Qran Pri yarışına hazırlıq məsələləri müzakirə olunub.Turizm baxımından yarışın əhəmiyyətindən bəhs olunan müzakirədə birgə təbliğatın həyata keçirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi məqsədilə fəaliyyət planının hazırlanması qərara alınıb.
Azərbaycan Respublikasının təmsil olunduğu müxtəlif xarici ölkələrdə keçirilən beynəlxalq turizm sərgilərində şirkətin nümayəndələrinin təmsil olunması, yarış haqqında müxtəlif təqdimatların keçirilməsi və turizm sənayesinin cəlb olunması, xarici mətbuat nümayəndələri üçün birgə press turların təşkil olunması, onlayn bilet satışının stendlərdə həyata keçirilməsi üçün müxtəlif işlər görülməsi haqqında fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB