Yanvarın 23-ü Musiqili Komediya Teatrında Üzeyir Hacıbəyovun eyniadlı komediyası əsasında "Ər və Arvad" tamaşası olacaq. SİA-nın verdiyi xəbərə görə, teatrın 100 illiyi çərçivəsində baş tutacaq tamaşada rolları xalq artistləri Afaq Bəşirqızı, İlham Əhmədov, Arif Quliyev, Fatma Mahmudova, əməkdar artistlər Əkbər Əlizadə, aktyorlar Ülviyyə Əliyeva, Emma Məlikova və başqaları ifa edəcəklər.
Qeyd edək ki, komediyanın musiqi redaktoru Sərdar Fərəcov, dirijoru Nazim Hacıəlibəyov, rəssamı Eldar Qurbanovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB