Rəhman Rəhmanov: “Oğlum nə zaman səhvlərini düzəldər, barışaram” MÜSAHİBƏ-FOTOLAR

Rəhman Rəhmanov: “Oğlum nə zaman səhvlərini düzəldər, barışaram” MÜSAHİBƏ-FOTOLAR

Əməkdar artist Rəhman Rəhmanovun SİA-ya verdiyi müsahibəni təqdim edirik:

-Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Azərbaycan Dövlət Kukla Teatrında yeni tamaşalar hazırlanıb. Həmin tamaşalarda mənim də rollarım var. Balaca dostlarımı sevindirməyə çalışıram.

- Azərbaycan Dövlət Kukla Teatrının verdiyi əmək haqqı ilə razısınız?

- Dövlətin təyin etdiyi maaşdır. Demək ki, belə uyğun görülüb.

- Bu yaxınlarda müğənni oğlunuz Emilin həbs olunması ilə bağlı xəbər yayılıb. Doğrudur?

- Bəli, oğlum həbs olunub.

- Emilin azadlıqdan məhrum olunmasına səbəb nədir?

-Bilmirəm, bununla bağlı heç bir məlumatım yoxdur. Müstəntiqlə söhbət etməmişəm. Yəqin ki, yanlış hərəkət edib, indi də cəzasını çəkir.

-Oğlunuzla xeyli müddətdir küsülü qalmanıza səbəb nədir?

-Oğlumla uzun müddətdir ki, danışmıram. Özünü yaxşı apara bilməyib, mən də onu danışmamaqla cəzalandırmışam. Nə zaman səhvlərini anlayar, özünü düzəldər barışaram.

-Bildiyimizə görə, şəkərli diabet xəstəliyindən əziyyət çəkirsiniz. Hazırda səhhətiniz necədir?

-Pisəm. Şəkərim qalxıb. Müalicələr yaxşı təsir etmişdi. Amma oğlum həbs olunandan sonra vəziyyətim daha da pisləşdi.

-Müalicəniz davam etdirirsiniz?

-Əlbəttə. Müalicə olunmadan yaşaya bilmərəm. Daima həkim nəzarəti altındayam.

-Müalicələrinizin pulu dövlət tərəfindən qarşılanır?

- Ölkə başçımız çox sağ olsun! Mənim kimi aktyorlara qiymət verir, qayğı göstərir. Aldığım təqaüd müalicəmə kifayət edir. Buna görə də, dövlətimizdən çox razıyam.

Kübra Bayramova

Bütün xəbərlər Facebook səhifəmizdə