Azərbaycan beynəlxalq sərginin açılışında

Azərbaycan beynəlxalq sərginin açılışında

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Bəhreyn Krallığında keçirilən incəsənət sərgisinin açılışında iştirak edib. SİA-nın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bəhreyn Krallığında Beynəlxalq Mədəniyyət və İnvestisiya Forumu və incəsənət sərgisində ölkəmizi nazirliyin turizm şöbəsinin aparıcı məsləhətçisi Günel Aslanova təmsil edib.

Sərginin açılışını edən Bəhreynin Baş naziri Xəlifə İbn Salman Al Xəlifə çıxışında incəsənət sərgisinin ilbəil tanınan regional və beynəlxalq tədbirə çevrilməyindən danışıb. O, hər il artan iştirakçı və ziyarətçi sayının tədbirə marağın göstəricisinin sübutu olduğunu bildirib.

Açılışdan sonra müxtəlif pavilyonlarda 87 rəsm əsərlərinin və incəsənət işlərinin sərgisinə baxış keçirilib.

Qeyd edək ki, Bəhreyn incəsənət sərgisi artıq 42-ci dəfədir təşkil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə