Azərbaycanlı rəssam Mehriban Əfəndi yanvarın sonunda Amerikanın Missisipi ştatında "Beynəlxalq sürrealizm bu gün" mövzusunda sərgidə iştirak edəcək. SİA-nın verdiyi xəbərə görə, 30 ölkəni təmsil edən 50 rəssamın qatıldığı sərgi fevralın sonunadək davam edəcək.
Azərbaycanlı rəssam ilk dəfə "Beynəlxalq sürrealizm bu gün" hərəkatına 2010-cu ildə Portuqaliya rəssamı Santiaqo Riberonun dəvəti və Bissaya Barreto Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində qatılıb.
Qeyd edək ki, layihə Salvador Dalidən sonra dünyada yaşayıb-yaradan professional sürrealist rəssamların üzə çıxarılaraq bir araya gətirilməsi və daimi olaraq onların sərgilərini keçirmək məqsədini daşıyır. Həmin il sərgidə 31 ölkədən 56 rəssam iştirak edib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB