Tariyel Qasımov Şöhrət Abbasovun yubiley mərasimində iştirak edib FOTOLAR

Tariyel Qasımov Şöhrət Abbasovun yubiley mərasimində iştirak edib FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Tariyel Qasımov Özbəkistan Dövlət Mükafatı laureatı, SSR xalq artisti, kinorejissor Şöhrət Abbasovun 85 illik yubiley mərasimində iştirak edib. SİA-nın verdiyi xəbərə görə, aktyorumuz Moskva şəhərində Mərkəzi Kino evinin böyük zalında baş tutmuş yubiley mərasimində xüsusi qonaq qismində dəvət olunub. Özbək şairi Niyazi Həmzəyə həsr etdiyi 17 seriyalı "Odlu yollarla" tarixi televiziya filmində çəkilən Tariyel Qasımov çıxışında film haqqında təəssüratlarını bölüşərək kinorejissora yeni yaşında daha böyük yaradıcılıq uğurları arzu edib.

Mərasimdə yubilyarın dostları, teatr və kino aktyorları, RF-in xalq artistləri İ.Kobzon, A.Konçalovski, V.Talızina, Q.Volçek, L.Prıqunov, Ş.İrqaşev, A.Xamrayev, İ.İşmuhammedova, əməkdar artistlər N.Varley, N.Arinbasarova, müğənni Aziza, N.Nurmuhammedova, Üç-kuduk musiqi qrupu və başqaları çıxışlar ediblər.

Qeyd edək ki, yubiley mərasimi Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqı, Kinematoqrafçılar İttifaqının kino aktyorları gildiyası, İttifaqın Beynəlxalq şöbəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə