Elmi-metodiki mərkəzin əməkdaşları rayonlarda təlim keçiblər
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əməkdaşları rayonlarda təlimləri davam etdirir. SİA-nın verdiyi xəbərə görə, müəssisənin iş planına uyğun olaraq bədii təhsil şöbəsinin əməkdaşları Rauf İmanov, Zəbulla Quliyev və Leyla Rzayeva uşaq musiqi və incəsənət məktəblərinə metodiki kömək göstərmək məqsədilə Xızı, Siyəzən və Şabran rayonlarında təlim xarakterli tədbirlər həyata keçiriblər. Metodiki kömək çərçivəsində həmin rayonlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin pedaqoji kollektivinə görülən işlər, keçirilən tədbirlər, gələcəkdə görüləcək işlər barədə məlumat, habelə sənədləşmə işlərinin aparılmasına dair lazımi məsləhət və tövsiyələr verilib, yeni tədris proqramları və metodiki vəsaitlər təqdim edilib.
Ümumilikdə qeyd olunan tədbirlərə uşaq musiqi və incəsənət məktəblərinin 40-dan çox müəllimi qatılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB