"Vətən” tamaşası nümayiş olundu

"Vətən” tamaşası nümayiş olundu

Bakı Uşaq Teatrında Qanlı Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə əlaqədar olaraq dövlət himnimizə və bayrağımıza həsr edilmiş "Vətən" tamaşası nümayiş olunub. SİA-nın verdiyi xəbərə görə, ideyası İntiqam Soltana, quruluşu İntiqam Soltan və Ayşad Məmmədova məxsus olan tamaşada Üzeyir Hacıbəylinin bəstələrindən istifadə edilib. Azərbaycanın keçdiyi keşməkeşli tarixi yol, bayrağımızın yaranması tamaşada əksini tapıb. Teatrın aktyorları Niyaz Qasımov, Rauf Hüseynli, Cavanşir Məhərrəmov səhnədə bayrağımızın rənglərini canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə