EMM-in əməkdaşları rayonlarda təlim keçiblər

EMM-in əməkdaşları rayonlarda təlim keçiblər

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin əməkdaşları rayonlarda təlimləri davam etdirir. Müəssisənin iş planına uyğun olaraq bədii təhsil şöbəsinin əməkdaşları Rauf İmanov, Zəbulla Quliyev və Leyla Rzayeva yanvarın 13-dən 17-dək uşaq musiqi və incəsənət məktəblərinə metodiki kömək göstərmək məqsədilə Xızı, Siyəzən və Şabran rayonlarında təlim xarakterli tədbirlər həyata keçiriblər.

Elmi-metodiki mərkəzdən SİA-ya verilən məlumata görə, metodiki kömək çərçivəsində həmin rayonlarda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin pedaqoji kollektivinə görülən işlər, keçirilən tədbirlər, gələcəkdə görüləcək işlər barədə məlumat, habelə sənədləşmə işlərinin aparılmasına dair lazımi məsləhət və tövsiyələr verilib, yeni tədris proqramları və metodiki vəsaitlər təqdim edilib.

Ümumilikdə qeyd olunan tədbirlərə uşaq musiqi və incəsənət məktəblərinin 40-dan çox müəllimi qatılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə