Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınan "Nabat" filmi Dəkkə film festivalında nümayiş olunub. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən xəbərə görə, rejissor Elçin Musaoğlunun lentə aldığı filmin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.
Dəkkə film festivalının əsas müsabiqə proqramında yer alan ekran əsəri yanvarın 22-də yenidən nümayiş olunacaq.
Qeyd edək ki, filmdə baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digər aktyorlar ifa ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB