Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasının Təbriz şəhərində Bəhram Beyzayinin "İlan Sultan" tamaşası ilə çıxış edib. SİA-nın Cənub bürosunun məlumatına görə, teatrın direktoru Tofiq Heydərovun bildirdiyinə görə, böyük coşqu ilə qarşılanan tamaşanın seyrçiləri arasında Təbriz Şəhər Mədəniyyət İdarəsinin rəisi Səfipur və digər dövlət qurumlarının nümayəndələri də olublar.

Qeyd edək ki, İranda keçirilən 34-cü Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edən Lənkəran teatrı iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluş verdiyi İran dramaturqu Bəhram Beyzayinin "İlan Sultan" tamaşası ilə Təbrizdən sonra Məşhəd şəhərində də çıxış edəcək.

İki gəncin saf məhəbbətindən bəhs edən bu səhnə əsərində rolları əməkdar artist Sücəddin Mirzəyev, aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Miraslan Ağayev, Əlibala Əsgərov, Gülər Kərimova, Şəbnəm Hüseynova, Qızılgül Quliyeva, Emin Feyzullayev, Emil Rzayev və Nizami Qurbanov oynayırlar.


Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB