Məşhur aktyor vəfat etdi

"Hary Potter" filmində professor Snape rolu ilə tanınan kino və teatr aktyoru Alan Rickman 69 yaşında dünyasını dəyişib. SİA-nın hürriyyet.com-a istinadən verdiyi xəbərə görə, xərçəngdən əziyyət çəkən aktyor Londonda vəfat edib. Onun ölüm xəbəri ailəsi tərəfindən də təsdiqlənib.

Qeyd edək ki, Rickman 1988-ci ildə oynadığı "Çətin ölüm" filmi ilə uğur qazanıb.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə