Cizgi filmləri üçün süjet müsabiqəsi elan edilib

Cizgi filmləri üçün süjet müsabiqəsi elan edilib

"Azanfilm" cizgi filmləri studiyası "Mənim ideyam var!" cizgi filmləri üçün qısa və orijinal süjet müsabiqəsi elan edib. Qalib süjetlər əsasında çoxseriyalı cizgi filmlərin istehsalı nəzərdə tutulur. "Azanfilm"dən SİA-ya bildirilib ki, studiyanın yeni inkişaf planına uyğun olaraq animasiya sahəsinə gənc yaradıcı qüvvələrin cəlb olunması, kiçik yaşlı tamaşaçılarda vizual zövqün formalaşdırılması, milli dəyərlərin təbliği məqsədilə keçirilən müsabiqənin koordinatoru Səmayə Əsgərovadır.

Müsabiqənin şərtlərinə əsasən cizgi filmləri üçün süjetlər orijinal və ya xalq nağıllarının, əfsanə və dastanların motivləri əsasında işlənə bilər. Aprelin 1-dək davam edəcək müsabiqəyə bir müəllif istənilən sayda süjet təqdim edə bilər. Müsabiqənin qalibləri mayın 1-də elan olunacaq. Münsiflər heyəti tərəfindən müsabiqənin şərtlərinə cavab verən işlər arasından seçilmiş ən yaxşı süjet müəlliflərinin hər biri 500 manat məbləğində mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə