“20 Yanvar-Qan yaddaşımızdır”

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək. SİA-nın nazirlikdən aldığı xəbərə görə, "20 Yanvar-Qan yaddaşımızdır" adlı anım mərasimi yanvarın 19-u olacaq.

Tədbirdə "Aytam" Uşaqların və Gənclərin Mədəni Maarifləndirilməsi İctimai Birliyinin üzvləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyəcək, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbələrinin ifasında musiqi kompozisiyası səslənəcək.

Qeyd edək ki, anım mərasimi saat 14:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə