Füzuli Dövlət Dram Teatrında 20 Yanvar faciəsinin 26-cı il dönümünə həsr olunmuş anım mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimdə ilk olaraq faciə şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev mərasimdə çıxış edərək bildirib ki, 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi yazılsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. V.Vəliyev keçmiş SSRİ rəhbərlərinin Bakıda azərbaycanlılara qarşı törətdikləri qırğının heç bir qanuna uyğun olmayan hadisə kimi qiymətləndirib və xalqımızın başına gətirilən bu faciənin hər zaman qınanıldığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB