Qalib uğrunda mübarizədə üç favorit müəyyən olunub
Beverli-Hillzdə "Oskar" mükafatına nominantlar açıqlanıb. Mərasimdə Amerika Kinosənəti Akademiyasının mükafatı uğrunda 3 favorit müəyyən olunub. Bunlar "Sağ qalmış", "Dəlisov Maks: Qəzəb yolu" və "Mars sakini" filmləridir.
Baş rolda Leonardo di Kaprionun çəkildiyi "Sağ qalmış" filmi 12 nominasiyada təqdim olunacaq. "Ən yaxşı film" adı uğrunda isə bu kinoəsər "Mars sakini" və "Casus körpüsü" filmləri ilə rəqabət aparacaq. "Sağ qalmış" filmi artıq "Qızıl Qlobus" mükafatı qazanıb. "Mars sakini" fantastik dramı isə 7 nominasiyada "Oskara" iddia edir.
Mükafatın sahibləri fevralın 28-də keçiriləcək təntənəli mərasimdə məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB