Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1990-cı iliin 20 Yanvar hadisələrinə həsr olunmuş "Qanlı Yanvar" adlı yeni tamaşa nümayiş etdirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, 26 il öncə Bakıda, Lənkəranda və Azərbaycanın digər bölgələrində xalqımızın başına gətirilən müsibətlərdən bəhs edən səhnə əsərinin müəllifi yazıçı-publisist Ağaddin Babayev, quruluşçu rejissoru respublikanın əməkdar artisti Adil Zeynalov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Aktyorlardan respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artistlər Sucəddin Mirzəyev və Zemfira Nəcəfova, Aynur Əhmədova, Əlibala Əsgərov, Miraslan Ağayev, Sayad Əliyev, Emin Fərzullayev, Gülər Kərimova, Şəbnəm Hüseynova və digərləri 1990-cı ilin həmin qanlı-qadalı günlərində öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlı obrazlarını yaratmağa nail ola biliblər.
Tamaşa rayonun ümumtəhsil məktəblərinin müəllim və yuxarı sinif şagirdləri tərəfindən maraqla izlənilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB