Mingəçevir Dövlət Dram Teatrına yeni təyinatlar edilib

Mingəçevir Dövlət Dram Teatrına yeni təyinatlar edilib

Mingəçevir Dövlət Dram Teatrda yeni təyinatlar edilib. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən teatrın direktoru vəzifəsini icra edən Səxavət Məmmədov teatrın direktoru, Xəzər Gəncəli isə baş rejissor vəzifəsinə təyin olunublar.

Yanvarın 12-də yeni baş rejissor kollektivə təqdim edilib. Tədbirdə prezident İlham Əliyevin sərəncamı ilə "əməkdar artist" adına layiq görülən aktyor Şıxı Yaqubov təbrik olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə