Balacalarımız İspaniyada diploma layiq görülüb

Balacalarımız İspaniyada diploma layiq görülüb

İspaniyanın Lloret De Mar şəhərində "Gran Fiesta" festivalı keçirilib. SİA-nın verdiyi xəbərə görə, festivalda ölkəmizi Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan R.Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin şagirdləri təmsil edib. Müsabiqənin nəticələrinə görə musiqi məktəbin şagirdləri Cəmil Sadıqzadə, Jalə Mailova, Nəzrin Nəzirli I dərəcəli, Xədicə Abdullayeva və Zəminə Kərimova isə II dərəcəli diploma layiq görülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə