Qusar rayonunda “20 Yanvar” faciəsi şəhidləri anılacaq

Qusar rayonunda “20 Yanvar” faciəsi şəhidləri anılacaq

Qusar rayon Mədəniyyət və Turizm şöbəsinin tabe müəssisələrində 20 yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi üçün hazırlıq işləri görülür. SİA-nın verdiyi məlumata görə, rayon mədəniyyət mərkəzində faciə şəhidlərinə həsr olunmuş ədəbi-bədii kompozisiya, Heydər Əliyev Mərkəzi və tarix-diyarşünaslıq muzeyində tarix dərsləri, rəsm qalereyasında məktəblilərin rəsm işlərindən ibarət sərgi, uşaq incəsənət məktəbində xüsusi dərslər və mərkəzi kitabxanada 20 yanvar faciəsini əks etdirən kitab, foto şəkil və digər çap məhsullarından ibarət sərgilər təşkil ediləcək.

20 yanvar tarixində mədəniyyət işçiləri tərəfindən şəhidlərin xatirə abidələri ziyarət ediləcək. Şəhərin mərkəzi meydanında matəm musiqisi səsləndirilərək şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə