“Vətən şəhidləri ilə ucalır”

“Vətən şəhidləri ilə ucalır”

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş "Vətən şəhidləri ilə ucalır" adlı sərgi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, sərgidə Vaqif Mustafazadə adına 2 saylı uşaq incəsənət məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 40-a yaxın rəsm əsərləri nümayiş olunacaq.

Tədbirdə şagirdlərin hazırladığı bədii kompozisiya nümayiş olunacaq. 20 Yanvar faciəsinə həsr olunmuş filmlər tamaşaçılara təqdim ediləcək və şəhidlərin şəxsi əşyaları sərgilənəcək.

Qey edək ki, tədbir Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə