Vüqar Zifəroğlu: "Multikulturalizm Azərbaycanda çoxəsrlik zəngin irsin müasir dövrdə təqdimatıdır" AÇIQLAMA
"Azərbaycan çoxmədəniyyətli və zəngin mənəvi irsə malik ölkədir. Biz hər zaman istər dini, istərsə də etnik nöqteyi-nəzərdən dözümlülüyümüzlə seçilmişik". Bu sözləri SİA-ya açıqlamasında "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu deyib.
Onun sözlərinə görə, multikulturalizm Azərbaycanda çoxəsrlik zəngin mədəni və mənəvi irsin müasir dövrdə təqdimatıdır: "Cənab Prezident İlham Əliyev 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan edib. Dövlət başçısının da dəfələrlə qeyd etdiyi kimi, ölkəmizdə olan bu inkişaf, əslində bu gün dini-məzhəbsəl və etnik münaqişələrin məngənəsində əzilən region ölkələri üçün bir örnək və nümunədir. Bu gün Azərbaycanda ayrı-ayrı mədəniyyətlər, müxtəlif dinlərin inkişafı üçün hər cür şərait yaradılıb. Dünyanda gedən müharibələr, çəkişmələrə baxmayaraq, ölkəmizdə olan sabitlik, əmin-amanlıq, dünyanın istənilən ölkəsindən müxtəlif mədəniyyətlərə sahib insanların mehribanlıqla yaşaması, dini və irqi ayrıseçkiliyin olmaması Azərbaycanın multikulturalizm sahəsində nə qədər inkişaf etdiyinin parlaq nümunəsidir. 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi də ölkəmizdə bu sahədə daha böyük addımların atılacağından xəbər verir. Bütün dünya Azərbaycanın digər sahələrdə olduğu kimi, bu sahədəki uğurlarının bir daha şahidi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB