Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində yazıçı-dramaturq C.Dadaşovun "Mən və Mən" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq. Teatrdan SİA-ya verilən xəbərə görə, yanvarın 23-də olacaq tamaşanı teatrın aktyoru Ceyhun Dadaşovun quruluşunda təqdim ediləcək. Səhnə əsərinin əsas mövzusu insanlıq, mərhəmət və humanizmdir.
Bir hissəli tamaşanın bədii rəhbəri xalq artisti Bəxtiyar Xanızadə, musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyevdir.
Qeyd edək ki, tamaşanın premyerası 2010-cu ildə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB