Füzuli Dövlət Dram Teatrının kollektivi əsgərlər qarşısında çıxış edib FOTOLAR

Füzuli Dövlət Dram Teatrının kollektivi əsgərlər qarşısında çıxış edib FOTOLAR

Füzuli Dövlət Dram Teatrı Yeni il münasibətilə ənənəvi görüşlərindən birini "N" saylı hərbi hissənin əsgərləri ilə keçirib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə Müdafiə Nazirliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və digər qurumların nümayəndələri iştirak ediblər.

Şaxta baba və Qar qızın yeni il təbriki, teatr aktyorlarının maraqlı səhnəcikləri, rəqslər ön cəbhənin əsgərlərində və qonaqlarda xoş ovqat yaradıb.

Tədbir əsgərlərlə birgə nahar süfrəsi ətrafında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə