Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin "Ağa Məhəmməd şah Qacar" pyesi əsasında "Şah Qacar" tamaşası təqdim ediləcək. SİA-ya teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşanın quruluşçu rejissoru, teatrın direktoru, xalq artisti Azərpaşa Nemətov, musiqi tərtibatçısı xalq artisti Səyavuş Kərimidir.
Səhnə əsərində Ağa Məhəmməd şah Qacar rolunu xalq artisti Fuad Poladov canlandırır.
Tamaşada digər rolları xalq artisti Laləzar Mustafayeva, əməkdar artistlər Sabir Məmmədov, Məmməd Səfa, Anar Heybətov, Vidadi Həsənov, Mətləb Abdullayev, Kazım Abdullayev, Ayşad Məmmədov və başqaları ifa edirlər.
Qeyd edək ki, gərgin dramatik səhnələr üzərində qurulan tamaşada yazıçı təxəyyülünün süzgəcindən keçən Qacar obrazı diqqəti daha çox bacarıqlı sərkərdə və dövlət başçısı kimi cəlb edir.
O həm də taleyin girdabında əzab çəkən, bitib-tükənmək bilməyən suallara cavab axtaran şəxsiyyət kimi təsvir olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB