Dövlət Pantomima Teatrında Əməkdar İncəsənət Xadimi Bəxtiyar Xanızadənin "Unutmayaq" əsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrdan SİA-ya verilən xəbərə görə, səhnə əsəri teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək. Tamaşanın musiqi tərtibatçısı əməkdar artist Elman Rəfiyevdir. Yanvarın 17-də olacaq tamaşanın əsas süjet xəttini Xocalıda baş verən dəhşətli hadisələr təşkil edir. Əsərdə öz sakit həyatlarını yaşayan Xocalı sakinləri təsvir edilir. Tamaşada əsas rolları, əməkdar artistlər Nargilə Qəribova, Elman Rəfiyev, aktyorlar Səbinə Hacıyeva, Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov, Rafiz Mehdizadə, Bəhruz Vaqifoğlu və Nurlan Rüstəmov ifa edəcəklər.
Qeyd edək ki, adıçəkilən tamaşa Almaniya və Fransada dəfələrlə nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB