Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir tamaşanın məşq prosesi yekunlaşmaq üzrədir. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, Xanımana Əlibəylinin eyniadlı əsəri əsasında hazırlanan "Dovşanın ad günü" tamaşasının quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlı, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, oranjemançısı Vasif Hüseynlidir. Tamaşada Xalq Artisti Şəfiqə Axundovanın bəstələrindən istifadə olunub.
Səhnə əsərində əsas rolları istedadlı aktyorlar İradə Rəşidova, Roza İbadova, Sevinc Mehrəliyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Yusif Dadaşov və başqaları ifa edəcəklər.
Tülkü ilə canavarın dovşanı yemək üçün qurduqları hiylədən bəhs edən tamaşanın nə ilə nəticələnəcəyini bilmək istəyən bütün azyaşlı tamaşaçıları teatrın repertuarını izləməyə dəvət edirik.
Yazıçı Xanımana Əlibəylinin anadan olmasının 95 illiyə həsr olunmuş tamaşa 2016-cı ilin yanvarın 28-də, məktəblilərin qış tətili ərəfəsində nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB