Operaçılar bir arada

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Boqema" operasının tamaşası keçiriləcək. SİA-ya, bu barədə Opera və Balet Teatrının mətbuat xidməti məlumat verib. Yanvarın 16-da olacaq olacaq tamaşada azərbaycanlı vokalçılarla yanaşı, onların Ukrayna və Belarusdan olan həmkarları da iştirak edəcək. Operada Mimi rolunu Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Olqa Naqornaya, Marsel partiyasını Belarus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belarusun əməkdar artisti Vladimir Qromov, Rudolf partiyasını isə digər bir belaruslu vokalçı Eduard Martınyuk ifa edəcək.

Tamaşada Azərbaycanın opera artistləri xalq artisti Əli Əsgərov (Alsindor), əməkdar artistlər İnarə Babayeva (Müzetta) və Əkrəm Poladov (Kollen) təmsil edəcək Tamaşanın dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə