Azərbaycan Milli Konservatoriyasının dosenti, əməkdar artist, virtuoz tarzən Həmid Vəkilovun yaradıcılıq gecəsi keçiriləcək. Milli Konservatoriyadan SİA-ya bildirilib ki, tədbir Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq. Gecədə sənətkarın yaradıcılığından, ifa sənətimizin zənginləşməsinə verdiyi töhfələrdən söz açılacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Qeyd edək ki, H.Vəkilov Azərbaycan tarına bir sıra texniki yeniliklər əlavə edərək onu daha da təkminləşdirən sənətkarlardandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB