“Rəsmlərin poeziyası” adlı sərgi açılacaq

“Rəsmlərin poeziyası” adlı sərgi açılacaq

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Qafar Sarvəllinin "Rəsmlərin poeziyası" adlı fərdi sərgisi açılacaq. SİA-nın verdiyi xəbərə görə, yanvarın 12-də olacaq sərgi Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə reallaşacaq. Sərgidə nümayiş olunacaq 60-dək sənət əsəri rəngkarlıq, qrafika, plakat və foto janrlarını əhatə edir. Sənət əsərlərinin əsas mövzusunu təbiət mənzərələri, vətənpərvərlik, xeyirxahlıq və tematik mövzular təşkil edir. Həmçinin, emosional hissələrin rənglərlə ifadəsi də əsərlərin əsas mövzularındandır.

Qeyd edək ki, fırça ustasının sayca dördüncü olan fərdi sərgisi bir həftə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə