Məşhur musiqiçi vəfat etdi

Məşhur fransız bəstəkarı və dirijor Pyer Bulez dünyasını dəyişib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə 90 yaşlı musiqiçinin ailə üzvləri məlumat yayıb. Fransanın baş naziri Manuel Vals Tvitter səhifəsində "Cəsarət, innovasiya, yaradıcılıq – Pyer Bulezi bütün dünyada tanınan keyfiyyətlər" sözlərini yazıb.

Qeyd edək ki, dünya şöhrətli dirijor Paris Filarmoniyasının musiqi rəhbəri olub. Bulez karyerasına 1948-ci ildə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə