“Məhəbbətlə zarafat etmirlər”

“Məhəbbətlə zarafat etmirlər”

Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı maraqlı tamaşa ilə teatrsevərlərin görüşünə gələcək. Teatrdan SİA-ya verilən xəbərə görə, yanvarın 10-da P. Kalderonun lirik komediya janrında qələmə aldığı "Məhəbbətlə zarafat etmirlər" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssamı İrina Yaryomenko, musiqi tərtibatçısı əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Tamaşada əsas rolları əməkdar artist Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Yeganə Hüseynli və başqaları ifa edəcəklər.

Qeyd edək ki, teatrda tamaşanın premyerası 2014-ci il mayın 3-də baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə