Heydər Əliyev Sarayında Yeni il şənlikləri keçirilib FOTOLAR

Heydər Əliyev Sarayında Yeni il şənlikləri keçirilib FOTOLAR

Heydər Əliyev Sarayında uşaqlar üçün "Nağıl qəhrəmanlarının səyahəti" adlı Yeni il şənlikləri keçirilib. SİA-nın verdiyi xəbərə görə, "Nağıl qəhrəmanlarının səyahəti" adlı nağıl - tamaşada balacalar Cırtdan və dostlarının (Qırmızı papaq, Buratino, üç keçi balası və s.) başına gələn yeni il sərgüzəştlərinin şahidi olublar.

Maraqlı və yaddaqalan Yeni il şənliyində uşaqlar Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə maraqlı, rəngarəng, interaktiv tamaşanın iştirakçısı olublar və əyləncəli dəqiqələr keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə