May-iyun aylarında həmyerlimiz əməkdar artist Adilə Əliyevaya həsr olunmuş pianoçuların 9-cu Beynəlxalq müsabiqəsi keçiriləcək. SİA-nın məlumatına görə, beş gün davam edəcək müsabiqə Fransanın Annemas və İsveçrənin Cenevrə şəhərlərində baş tutacaq. Müsabiqə çərçivəsində, həmçinin Azərbaycanın zəngin tarixi-mədəni irsindən və ölkəmizin əldə etdiyi nailiyyətlərdən bəhs edən sərginin də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, hər iki ildən bir şərəfinə müsabiqə təşkil olunan A.Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olub. Sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirib. Sənətkar Fransada yaşadığı 25 ildə 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dək kompakt-disk ərsəyə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB