Brilliant Dadaşovanın əri mükafatlandırıldı

Brilliant Dadaşovanın əri mükafatlandırıldı

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev "Rossotrudniçestvo" Agentliyinin Fəxri fərmanı ilə təltif edilib. SİA-nın verdiyi xəbərə görə, "Rossotrudniçestvo"nun müvafiq sənədində yazılıb: "Bakı şəhərində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin tədbirlərində fəal iştirakına və Azərbaycan Dövlət Rus Dram Teatrının yaradılmasının 95 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Hacıyev Ədalət Qasım oğlu Fəxri fərmanla təltif edilir".

Bütün xəbərlər Facebook səhifəmizdə