2016- cı ilin may-iyun aylarında Fransada yaşayan həmyerlimiz Adilə Əliyevanın adına pianoçuların 9-cu Beynəlxalq müsabiqəsi keçiriləcək. 5 gün müddətində davam edəcək müsabiqə Fransanın Annemas və İsveçrənin Cenevrə şəhərində baş tutacaq. Diasporla İş üzrə Dövlət Komitəsindən Sİa-ya verilən xəbərə görə, müsabiqəyə münsiflər heyətinin, görkəmli siyasi və mədəniyyət xadimlərinin, mətbuat və KİV nümayəndələrinin qatılacağı gözlənilir. Həmçinin, müsabiqənin keçiriləcəyi ərəfədə Azərbaycanın zəngin tarixi-mədəni irsinə və ölkəmizin əldə etmiş nailiyylətlərinə həsr olunan sərginin də keçiriləcəyi planlaşdırılır.
Qeyd edək ki, hər iki ildən bir adına müsabiqə keçirilən Azərbaycanın Əməkdar Artisti Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Hazırda Fransada yaşayan musiqiçi Bakı şəhərində anadan olmuş, sonradan Moskvaya köçərək bu şəhərdə Çaykovski adına Konservatoriyanı bitirmişdir. 25 ilə yaxındır ki, Fransada yaşayan Adilə Əliyeva , 50-dən çox ölkənin konsert salonlarında çıxış etmiş, 30-dan artıq kompakt-disk ərsəyə gətirmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB