“Variasiya” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Variasiya” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda birliyin "Ulduz" jurnalı və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən növbəti "Variasiya" müsabiqəsinin qalibləri mükafatlandırılıb. AYB-dən SİA-ya verilən xəbərə görə, təqdimat mərasimində "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs çıxış edərək müsabiqə haqqında geniş məlumat verib və müsabiqənin informasiya dəstəyini həyata keçirmiş ayb.az saytına təşəkkürünü bildirib.

S.Babullaoğlu "Variasiya"ya təqdim olunmuş polyak şairi, Nobel mükafatı laureatı Çeslav Miloşun poeziyası, üslubiyyatı haqqında məlumat verib. Deyib ki, katolik şair olan Miloş öz şeirində Quran-Kərimin "Şüəra" (şairlər) surəsinə müsbət münasibətini bildirib.

S.Babullaoğlu diqqətə çatdırıb ki, Çeslav Miloşun müsabiqəyə təqdim olunmuş "Poeziya sənəti" ("Ars Poetica") şeirinin tərcüməsinə 7 nəfər qatılıb. Onların arasından orijinal mətnə daha yaxınlığı ilə seçilən şairə Xatirə Xatun birinci yerə layiq görülüb. Bundan başqa, Hicran Hüseynova da xüsusi mükafatla təltif edilib. Qaliblərə diplom və "Ulduz" jurnalının son nömrəsi ilə yanaşı pul mükafatı da verilib. Qalan beş nəfər – Əvəz Nəbioğlu, Nəsir Əhmədli, Nilufər Şıxlı, Könül Həsənqulu və Həyat Şəmiyə isə fəxri diplom təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə